«PAŞA Bank» deputatın oğlunu məhkəməyə verib – KREDİT MÜBAHİSƏSİ

«PAŞA Bank» deputatın oğlunu məhkəməyə verib – KREDİT MÜBAHİSƏSİ
Millət vəkili Fəzail Ağamalının oğlu kredit mübahisəsinə görə məhkəməyə verilib.

Elçin Ağamalıya qarşı iddia «PAŞA Bank» tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı "Altus” MMC-ni, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır.
İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə mübahisələr – İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələr.
Hazırda icraat dayandırılıb. Məhkəmə tərəfindən ekspertiza təyin edilib. Millət vəkili Fəzail Ağamalı məsələdən xəbərsiz olduğunu bildirib. /”fed.az”
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az