Paşinyan: Azərbaycan və Türkiyəyə qarşı bunu etməliyik

Paşinyan: Azərbaycan və Türkiyəyə qarşı bunu etməliyik

Yeni çağırışlara qarşı mübarizə üçün düsturlar tapmalıyıq. Və ən vacib düstur fikrimcə, erməni-rus qruplaşmasıdır.

Miq.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyəni özlərinə təhlükə hesab etməsindən danışarkən bildirib.

"Mənə elə gəlir ki, yaxın gələcəkdə müzakirələr zamanı əlaqələri gücləndirməyi düşünməliyik. Ermənistan-Rusiya hərbi qruplaşması regional təhlükəsizliyin vacib bir komponenti olacaq", - Paşinyan deyib.

Bölgədə vəziyyəti qəlizləşdirməyə yönəlik açıqlamasından sonra Paşinyan yeni müharibələrə hazırlaşmadıqlarını vurğulayıb:

"Ölkənin təhlükəsizlik səviyyəsindəki artım regional mühitin dəyişməsinə səbəb olmalıdır".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az