Paşinyan: “İrəvan Qarabağ məsələsini həll etmək üçün siyasi iradə göstərməlidir”

Paşinyan: “İrəvan Qarabağ məsələsini həll etmək üçün siyasi iradə göstərməlidir”

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan erməni tərəfinin Qarabağ məsələsini həll etmək üçün siyasi iradəsinin olduğunu bildirib.

Bu barədə Nikol Paşinyan Ermənistan hökumətinin iclasında çıxışı zamanı deyib.

"Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağ məsələsinin uzunmüddətli siyasi həllinin zəruriliyi ilə bağlı daha fəal şəkildə danışırlar. Bizim hökumətimizin məsələni həll etmək üçün siyasi iradəsinin olduğunu vurğulamaq istəyirəm”, - deyə N.Paşinyan bildirib.

Nikol Paşinyan bildirib ki, "uzunmüddətli perspektivdə müharibənin qarşısını almaq, Ermənistan və erməni xalqı üçün yeni bir dinc inkişaf erası açmaq naminə bütün bu çətin, ağrılı, problemli məsələlərin həllinə ehtiyac var”.

"Bu asan bir iş deyil, son dərəcə çətin bir işdir və bunun üçün siyasi iradə, cəmiyyətlə açıq, dürüst dialoq lazımdır və biz bu yolu tutacağıq”, - deyə N.Paşinyan qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az