Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedyevin ötən gün keçirilən Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasından yayılan video ilə bağlı açıqlama yayıb.
Axar.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan və Paşinyanın ələ salındığını əks etdirən video haqda erməni baş nazir qeyd edib:
"İndicə Feysbuka daxil oldum və gözlərimə inanmadım ki, korrupsion sistemin qalıqları bu cür asanlıqla sosial şəbəkələrdə "fırtına” qaldıra bilirlər”.
Onun sözlərinə görə, Şuranın iclası zamanı yalnız Medvedyev deyil, özü də daxil olmaqla bütün digər baş nazirlər kofe-breyk otağına bir dəqiqə daha tez keçməyə ümid edib. Ancaq müzakirələr planlaşdırılandan 2.5 saat artıq çəkib.
Xatırladaq ki, Rusiyanın Baş naziri Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyana lağ edib. Diplomatik etika çərçivəsindən kənara çıxan kuryoz hadisə İrəvanda baş verib.
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü