Paşinyan oğlunu Bakıya göndərir? - Açıqlama

Paşinyan oğlunu Bakıya göndərir? - Açıqlama
"Nikol Paşinyanın Azərbaycanın ələ keçirdiyi əsirlərə qarşılıq olaraq rəsmi Bakıya oğlunu təklif etməsinin seçkilərlə bağlı olduğu aydındır".

Miq.Az  xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Analitik bildirib ki, Paşinyanın oğlunu Bakıya təklif etməsi, seçkiqabağı təşviqat kampaniyasının bir hissəsidir: "Paşinyanın bu təklifi müxalifətin ona göstərdiyi aramsız emosional təzyiqlə əlaqədardır. Onun bu təklifi hüquqi baxımdan mümkün deyil. Oğul məsələsində ümumiyyətlə bəlli deyil, bildiyimə görə Azərbaycanın Ədliyyə sisteminin Ermənistan baş nazirinin oğluna qarşı heç bir iddiası yoxdur və bu səbəbdən onun tutulması və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur.

Səlahiyyət baxımından yalnız Prezident, Baş nazir və Xarici İşlər Naziri ölkə adından danışmaq səlahiyyətinə malikdir. Rəsmi olaraq, müzakirəçilərin səlahiyyətləri yalnız rəsmi bir fərmanla digər şəxslərə verilə bilər. Fikrimcə, bu, sadəcə seçkiqabağı təşviqat kompaniyasının bir hissəsi idi. Paşinyanın bu cür bəyanatları olduqca başa düşüləndir".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az