Paşinyan Rəisiyə də zəng etdi

Paşinyan Rəisiyə də zəng etdi
Ermənistanın baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, Paşinyan İ.Rəisini sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıb.

İbrahim Rəisi Cənubi Qafqaz regionunda yeni müharibənin qəbuledilməz olduğunu və İranın hadisələrin gedişatını diqqətlə izlədiyini deyib.

İran prezidenti vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi hamıya məlumdur.

İbrahim Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az