Paşinyan Rusiyanın təklifi ilə razılaşdı - "Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır"

Paşinyan Rusiyanın təklifi ilə razılaşdı -

Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Twitter" hesabında bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır.

"Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, - Ermənistan Baş naziri əlavə edib.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az