“Paşinyanı devirməyə çalışırlar” – “Qarabağ klanı həmin ssenarini işə salıb...”

“Paşinyanı devirməyə çalışırlar” – “Qarabağ klanı həmin ssenarini işə salıb...”
"Qarabağ klanı 1998-ci ildə Levon Ter-Petrosyanı da bu yolla devirmişdi. SSRİ illərində erməni millətçilərinin təsis etdiyi "Qarabağ komitəsinin” fəal üzvü olan Levon Ter-Petrosyan sonrakı illərdə fikirlərində dəyişiklik etdi, prezident ikən Minsk qrupunun Qarabağ münaqişəsinin həlliylə bağlı hazırladığı "mərhələli həll” planını qəbul etdi.

Həmin plan birinci mərhələdə işğal altındakı torpaqların azad edilməsini ehtiva edirdi. Levon Ter-Petrosyan Ermənistanın o zamankı baş naziri Robert Köçəryan və milli təhlükəsizlik naziri Serj Sərkisyanın timsalında Qarabağ klanının təzyiqi ilə istefa verdi”.

"AzPolitika.info” xəbər verir ki, politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın "Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatından sonra Erməınistanda cərəyan edən hadisələri şərh edərkən deyib.

Təhlilçi vurğulayır ki, Qarabağ klanı bu gün eyni ssenarini işə salmağa çalışır, yenə eyni simalar peyda olaraq Levon Ter-Petrosyanın ardıcılı olan Nikol Paşinyanı devirməyə çalışırlar: "Paşinyanın dünənki "Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırıq” bəyanatı Qarabağ klanını hərəkətə gətirib, Qarabağdakı separatçıların "parlamenti” də Ermənistanın Baş nazirini hədəf seçib. İşin içində vaxtilə Levon Ter-Petrosyanın devrilməsini sürətləndirən Rusiyadakı mərkəzlər də var.

Həmin mərkəzlər anlayırlar ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa Rusiya hərbi kontingenti iki ildən sonra həm Qarabağı tərk etməli olacaq, həm də Ermənistandakı hərbi bazalara ehtiyac azalacaq. Paşinyan şərtlərimizi qəbul etməyə hazırdırsa, Rusiyadakı mərkəzlər Qarabağ klanının əli ilə onu devirməyə macal tapmamış sülh sazişini imzalamaq faydalı olar”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az