Paşinyanın müharibə çıxışı: Saakyan dərhal İrəvana getdi

Paşinyanın müharibə çıxışı: Saakyan dərhal İrəvana getdi

Ermənistan Baş naziri Nikol Paşinyanın dünənki çıxışından sonra Qarabağ separatçılarının rəhbəri Bako Saakyan İrəvana yollanıb.

Axar.az xəbər verir ki, o, İrəvanda Ermənistan parlamenti qarşısında çıxış edib. Parlamentdəki görüşlərindən sonra jurnalistlər qarşısına çıxan Saakyan Köçəryana zamin durmaqla əlavə gərginlik yaratmaq istəmədiyini deyib. O, bu addımla gərginliyi azaltmağı hədəflədiyini bildirib.

Paşinyanın "Qarabağda bəzi qüvvələr torpaqları Azərbaycana vermək istəyir” bəyanatına münasibət bildirən Saakyan İrəvanın bu tip qüvvələri ortaya çıxarmaq məcburiyyətində olduğunu deyib. Saakyan belə qüvvələrin olmasıyla bağlı heç bir məlumata malik olmadığını bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az