Paşinyanın oğlunu evinin yaxınlığında qaçırmaq istədilər
Bu gün saat 15:00 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın evinin yaxınlığında qaçırılmağa cəhd edilib.
Miq.az xəbər verir ki, bu barədə "Haqqın.az” erməni KİV-lərinə istinadən məlumat yayıb.
"Oğurluğuqda iştirak edənlər "Oğulların Çağrışı” ictimai təşkilatının üzvləridir. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. Lakin kiçik Paşinyan bir anlıq dayanan maşından düşə bilib, nəticədə onu təşkilatın digər maşını vurub”, - məlumatda deyilir.
Qeyd olunur ki, nəticədə Paşinyanın oğlu ayağından xəsarət alıb, "Oğulların çağırışı” ictimai təşkilatının üzvləri hadisə yerindən qaçıblar. Aşot Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.