Pensiya yaşı 70-ə qaldırılır? – Deputatdan MÜHÜM AÇIQLAMA

Pensiya yaşı 70-ə qaldırılır? – Deputatdan MÜHÜM AÇIQLAMA
"Bütövlükdə bütün dövlət büdcəsindən maliyyələşən şəxslərin hamısının pensiya yaşının 70 yaşa çatdırılması müəyyən suallar doğura bilər...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, səhiyyə, təhsil işçiləri vaxtından tez, ən potensial imkanları olan vaxt pensiyaya çıxırlar: "Buna görə də onların pensiya müddətlərinin uzadılmasında məntiq var. Dünən plenar iclasda çıxışımda da bunu dedim, müəllimlərə, həkimlərə şərait yaratmaq lazımdır ki, ən təcrübəli yaşlarında işləyə bilsinlər”, - deputat bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az