”Petkim”də yeni baş direktor müavini vəzifəsi yaradıldı
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding”də layihə və sərmayələr üzrə baş direktor müavini vəzifəsi yaradılıb
Politika.Az xəbər verir ki, bu barədə şirkətin Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu – KAP) məlumatında qeyd edilib.
"Şirkətimizin İdarə Heyətinin qərarı ilə, şirkətimizdə layihə və sərmayələr üzrə baş direktor müavini vəzifəsi yaradılaraq bu vəzifəyə Bilal Quliyev təyin edilib”, – deyə məlumatda qeyd olunub.
Miq.az