“Pirallahı adası-quru” yatağında iki yeni quyu qazılır

“Pirallahı adası-quru” yatağında iki yeni quyu qazılır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kompleks qazma işləri tresti "Pirallahı adası-quru” yatağındakı 2 yeni quyuda qazma işlərini uğurla davam etdirir. 1183 nömrəli quyunun layihə dərinliyi 795 metr, 1145 nömrəli quyunun layihə dərinliyi isə 950 metrdir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Abşeronneft” neft və qazçıxarma idarəsinin sifarişi ilə qirməki altı lay dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulur.
Vətəninfo.az

 

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az