PKK rəhbərlərinin başına 4 milyon mükafat qoyuldu

PKK rəhbərlərinin başına 4 milyon mükafat qoyuldu

40 ildən bu yana terrorla mübarizə edən Türkiyə yeni bir dövr başladır.

Vətəninfo.az məlumat verir ki, Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, terrorla mübarizədə təhlükəsizlik qüvvələrinə məlumat və dəstək verənlər mükafatlandırılacaq. Bu məqsədlə PKK-nın üst səviyyə rəhbərliyində təmsil olunanlar üçün 4 milyon lirə mükafat qoyulub.

Ankara bu müddətdə gələcək olan məlumatın ölçüsünə və əhəmiyyətinə görə bir dəyərləndirmə sistemi üzərində işləyib. Bu sistemə görə mükafat miqdarları 200 min ilə 4 milyon lirə arasında dəyişəcək. Mükafatda ən üst məbləğ olan 4 milyon lirə, təşkilatın üst səviyyəli idarəçilərinin yerinin Türkiyə ilə bölüşülməsi halında ödənəcək.
Terror təşkilatı PKK-nın mərkəzi komitəsində yer alan və təşkilat içində üst səviyyə rəhbərlikdə təmsil olunan Murat Karayılan, Cemil Bayık, Besi Hozat, Mustafa Karasu, Bahoz Erdal kimi 36 adam üçün 4 milyon lirə mükafat qoyulub.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az