Plaşımı 350 manata almışam - İcra başçısı

Plaşımı 350 manata almışam - İcra başçısı

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun plaşının qiyməti sosial şəbəkələrdə geniş çüzakirə mövzusuna çevrilib. Belə ki, onun 1-ci Balıq festivalında əyninə geyindiyi qara plaşın "Hugo Boss Burberry” brendinə məxsus olduğu və 26 min manat (13 min avro) dəyərində olduğu iddia olunub.



Bakupost.az xəbər verir ki, icra başçısı iddialara münasibət bildirərək, sosial şəbəkələrdə plaşın aid olunduğu iddia edilən brendi ilk dəfə eşitdiyini, dəyəri ilə bağlı deyilənlərin isə həqiqətə uyğun olmadığını açıqlayıb.



"Həmin plaş hazırda da əynimdədir. Bunu 3 il bundan qabaq mən 350 manata almışam", - o bildirib.






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az