Polad Həşimovun qızı tələbə oldu

Polad Həşimovun qızı tələbə oldu

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun qızı Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub. 

Miq.Az-ın məlumatına görə, generalın qızı Aybəniz Həşimova ATU-nun "Müalicə işi” fakültəsində təhsil alacaq.

Qeyd edək ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az