"Polis haqqında" qanuna əlavə və dəyişikliklər edilib

Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilir.

Bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Polis haqqında" qanunun 23-cü (Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri) maddəsinə əlavə və dəyişikliklər edilməsi layihəsi müzakirəyə çıxarılıb.

Belə ki, maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, saxlanmasının əsaslarını yox, səbəbi, şübhənin mahiyyətini bildirməli olacaq.

Maddənin bu bəndinə edilən əlavəyə görə isə, polis saxlanılan şəxsə hüquqlarını "ona aydın olan dildə" izah etməlidir.

Dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edilib. /modern.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az