Polkovnikin müstəntiq oğlu niyə həbs olunur?

Polkovnikin müstəntiq oğlu niyə həbs olunur?
 
Eldar Sabiroğlu: "...Ailəm üçün yaxşı nəticələnmədi”

"Bu 5 ildə ortada rüşvət məsələsi yox idi. İndi nə oldu rüşvət məsələsi ortaya çıxdı?”

"İndi ətraflı nəsə deyə bilmirəm. Hadisələrin sonunu gözləyirəm. Adətən, belə hallarda kiminsə üzünə durmaq çətin məsələ deyil.  İndi nə faktlar toplayıb ortaya nələr atıblarsa  nəticəsini gözləməklə məşğulam. Hələ ki, oğlumun adının rüşvət məsələsində hallanmasına bir ata kimi arqumentlərim yoxdur.

Bunu vəziyyətin gedişatı zamanı biləcəm. Əgər istintaq aparsalar mən də o zaman geniş formada fikirlərimi bildirəcəm. Bir onu deyə bilərəm ki, ard-arda mətbuata verdiyim  açıqlamalar ailəm üçün yaxşı nəticələnmədi”.
 
Bunu Modern.az-a açıqlamasında  Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu oğlu Rüfət Səfərova cinayət işi açılması məsələsinə münasibət bildirərkən deyib.  
 
O qeyd edib ki, hələlik məsələnin nə ilə nəticələnəcəyini gözləyir.  

Qeyd edək ki, Rüfət Səfərov  5 il Zərdab rayonunda müstəntiq kimi fəaliyyət göstərib. Bir müddət öncə isə prokurorluq orqanlarından istefa verib. Həmçinin, sərt açıqlamaları ilə gündəmə gəlib.  

Zərdab rayon Prokurorluğunun keçmiş  müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi başlanılıb.

Cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə başlanıb.  

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az