Populyar vokalist "Karmen" üçün gələcək

Populyar vokalist "Karmen" üçün gələcək

Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “KARMEN” operasının tamaşası keçiriləcəkdir. “Karmen” dünya opera sənətinin inciləri sırasına daxildir və operasevərlərin ən sevimli əsərlərindən biri sayılır. 

Opera və Balet Teatrının rəhbərliyi ilk dəfə olaraq bu tamaşada Karmen partiyasını ifa etmək üçün hazırda Avropada çox populyar olan vokalçılardan biri – K.S.Stanislavski və Vl.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının aparıcı  solisti, Vokalçıların M.İ.Qlinka adına və Beynəlxalq “Bellini” müsabiqəsinin “Qran-Pri” mükafatı və qızıl medalının sahibi LARİSA ANDREYEVANI dəvət etmişdir. 

L.Andreyeva bir çox ölkələrin – Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə, İtaliya, Portuqaliya və Yaponiyanın opera teatrlarında uğurlu qastrol səfərlərində olmuşdur. Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq Opera festivalında o Karmen rolunun ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülmüşdür. Xarici KİV-i L.Andreyevanın ifası haqqında yüksək fikirlər söyləyir, onu “dünya operasının divası və ulduzu, parlaq akrtisa adlandırırlar”.

Oktyabrın 20-də tamaşada L.Andreyeva ilə yanaşı Azərbaycan Dövlət  Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın Xalq Artisti - Əli Əsgərov (Suniqo), Əməkdar Artist İnarə Babayeva (Mikaella), həmçinin gənc və istedadlı vokalçılar -   Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev (Xoze) və Anton Ferştandt  (Eskamilio) çıxış edəcəklər.

Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az