Poroşenko İlham Əliyevə zəng etdi

Poroşenko İlham Əliyevə zəng etdi
Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi yaradıb.
 
Axar.az Obozrevatel-ə istinadən xəbər verir ki, Poroşenko telefon danışığında İlham Əliyevə Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
 
Poroşenko cəbhədə son günlər baş verən gərginlikdən dolayı da narahatçılığını ifadə edib.
 
Hər iki lider beynəlxalq hüquq prinsipləri əsasında münaqişənin sülh yolu ilə nizamlanmasının əhəmiyyətini vurğulayıblar, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münaqişənin həllinin lazım olduğunu qeyd ediblər.
 
Prezidentlər həmçinin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətinə müzakirələr aparıblar və Bakıda dövlət başçıları səviyyəsində görüşün keçirilməsi məsələsində razılaşıblar.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az