Prezident İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib

Prezident İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Məktubda deyilir:

"Əziz qardaşım,

 Ankarada törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı.

 Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik.

 Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

 Allah rəhmət eləsin!"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az