Prezident Mövlam Şixəliyevi general rütbəsindən məhrum etdi –Ordeni əlindən alındı /SƏRƏNCAM

Prezident Mövlam Şixəliyevi general rütbəsindən məhrum etdi –Ordeni əlindən alındı /SƏRƏNCAM
Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenindən, "Vətən uğrunda” və "Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatlarını əsas götürərək qərar verib.

Sərəncama əsasən, aşağıdakı şəxslər "Vətən uğrunda” medalından məhrum ediliblər:

Sahib Yunus oğlu Ələkbərov;

Yasin Seyfulla oğlu Məmmədov.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az