Prezident Niyaməddin Musayevi təltif etdi - SƏRƏNCAM

Prezident Niyaməddin Musayevi təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Akif Əsgərovun 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Miq.Az xəbər verir ki, sərəncamla Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, mayın 1-də A.Əskərovun və N.Musayevin 80 yaşı tamam olur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az