Prezidentin yaxın adamı intihar etdi

Prezidentin yaxın adamı intihar etdi
Dünən Rusiya prezident administrasiyasının idarələrindən birinin rəhbəri olan Dmitri Kryukovun cəsədi ofisində  tapılıb.
 
Publika.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə "İnterfax”a bildirib.
 
"Dünən gecə Arbat küçəsində yerləşən inzibati binanın ofislərindən birində güllə yarası alan kişinin meyiti aşkar edilib”, - agentliyin həmsöhbəti deyib.
 
Onun sözlərinə görə, polis onun Rusiya prezident administrasiyasının idarəsi olan "Prezident-Servis”in 45 yaşlı baş direktoru Dmitri Kryukov olduğunu bildirib.  
 
Polis hadisə yerindən onun yazdığı qeydi tapıb. Dmitri Kryukovun intihar etdiyi məlum olub. O, ölümündə heç kəsin gunahlandırılmamasını istəyib. Onun intiharının səbəbləri haqqında hələ heç nə məlum deyil.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az