Prezidentlər hava limanına eyni maşında getdilər-Ərdoğandan jest

Prezidentlər hava limanına eyni maşında getdilər-Ərdoğandan jest

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi hava limanına gələrək yola salıb.

Belə ki, Əliyev və Ərdoğan Prezident sarayından Esenboğa hava limanına eyni maşında gediblər. Ərdoğan Azərbaycan prezidentini təyyarəyə qədər müşaiyət edərək həmkarının jestinə festlə qarşılıq verib.

Ərdoğan Əliyevin təyyarəsi havaya qalxana qədər gözləyib.

Miq.az bir daha xatırladır ki,  martın 13-də Ankarada baş verən terror aktı nəticəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. Bununla əlaqədar prezident İlham Əliyev iclasın Ankarada keçirilməsini təklif edib. Ərdoğan bu jestinə görə azərbaycanlı həmkarına təşəkkür edib və təklifi qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevin bu jesti Türkiyə KİV-lərində də yüksək qiymətləndirilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az