"Putin çox çətin xarakterə malikdir" - Donald Tramp


ABŞ-ın keçmiş prezidenti Donald Tramp iştirak etdiyi proqramda Rusiya prezidenti Vladimir Putinin son addımlarını dəyərləndirib.

Miq.Az xəbər  verir  ki, "Clay Travis" və "Buck Sexton Show" podkastında iştirak edən Tramp Putini "dahi" və "ağıllı" kimi şərh edib. Putinin Ukraynanın şərqindəki iki hökuməti rəsmən tanımasına gəlincə, o, "Bu, gözəldir” şərhini verib.

"Mən dünən televiziyada Putinin Ukraynanın bəzi hissələrini tanıdığını gördüm və bunun dahi olduğunu düşündüm. Bu, böyük bir şeydir. Nə ağıllı hərəkətdir, deyə düşündüm. Və onun üzərinə sülhməramlılar göndərir”, - deyə o bildirib.

Tramp son olaraq, "Putinin mənim prezidentliyim zamanı deyil, Baydenin dövründə Ukraynanı işğal etməyi seçməsinin səbəbi onunla yaxşı münasibətim olmasıdır. Mən Putini çox yaxşı tanıyıram. Onunla çox yaxşı anlaşıram. O məni sevir, mən də onu sevirəm. O, çox çətin xarakterə malikdir, lakin böyük cazibəsi var və çox qürurludur. O, vətənini sevir”, - deyə  Putini ifadə  edib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az