“Putin ermənilərin prezidentidir” - Konfransda qalmaqallı plakat
Rusiya Prezidenti Vladimir Putinin Moskvada Dünya Ticarət Mərkəzində keçirilən ənənəvi illik mətbuat konfransında sual vermək istəyən jurnalistlər onlara şərait yaradılması üçün işlədikləri yerlərin adı yazılmış plakatlar qaldırıblar.
Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, konfran zamanı qaldırılmış bir plakat xüsusi ilə diqqət çəkib.
Belə ki, bu plakatın üzərində rus dilində iri hərflərlə "Putin ermənilərin prezidentidir” sözləri yazılıb. Həmin şəxsin jurnalist olub-olmadığı, bununla nə demək istədiyi maraq doğurur.
Miq.Az