Putin: "MDB ölkələri potensial təhlükələrə qarşı bütün resurslardan istifadə etməlidir"
"MDB ölkələri potensial təhlükələri müəyyən etmək üçün bütün resurslardan istifadə etməlidir”.
"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv olan ölkələrin Təhlükəsizlik Şurası katibləri ilə görüşdə deyib.
O bildirib ki, beynəlxalq vəziyyət mürəkkəb və qeyri-sabit olaraq qalır.
Qeyd edək ki, bu gün Moskvada MDB-yə üzv olan ölkələrin Təhlükəsizlik Şurası katiblərinin görüşü keçirilir.