Putin Poroşenko hakimiyyətini devirəcək-Ukrayna tək buraxılsa
"Rusiyanın irəli sürdüyü paket həlli Azərbaycanın maraqlarına cavab vermir"
"Ukraynanın şərqində Rusiya bağlı separatçı qüvvələr atəşkəsi intensiv pozaraq, "Qrad" və digər artilleriya vasitələrdən Ukrayna ordusunu atəşə tutmaqdadır. Ukraynanın Donetsk regionunda Rusiya hərbiçilərinin iştirakı ilə separatçıların hücumu reallşa bilər. Görünür, Rusiya "Minsk" razılaşmasını pozur və əməl etmir."
Miq.az -a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə son vaxtlar Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı açıqlama verərək, ən son vəziyyəti analiz etdi: 
"NATO və ABŞ qoşunlarının Rusiya sərhəddində - Polşa və Baltikyanıda yerləşdirməsi, Rusiyanın Ukraynada vəziyyəti gərginləşdirməklə cavab verir. Rusiya yeni texnika və canlı qüvvə ilə Ukraynada yenidən hücum əməliyyatlarına başlayarsa, ABŞ prezidenti Trampın reaksiyası necə olacağı maraqlıdır. Əgər Tramp administrasiyası, Ukraynanı müdafiə etməsə, Avropa Ukraynanı müdafiə edə bilməyəcək" -deyə politoloq açıqlamasında bidlirdi.
Poroşenko hakimiyyətini Putinin devirəcəyi ilə bağlı açqılama verən politoloq daha sonra qeyd etdi ki, Ukrayna tək buraxılsa, Poroşenko hakimiyyətini Putin devirəcək. Xalq da müharibədən bezib, qərbdə yetərincə dəstək olmağa həvəsli görsənmir. Putin bunları görür və məqam gözləyir. Qərb Ukraynada məğlub olarsa, Rusiya Şərqi Avropada nəzarəti gücləndirəcək.
Ukraynada vəziyyətin gərginləşməsi, Rusiyanın burada güclənməsi, Cənubi Qafqazda da analoji hal alacaq. Və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində paket həllini ortaya atmaqla, status-kvonu saxlamağa çalışacaq. Elmar Məmmədyarovun jurnalistlərə müsahibəsində Lavrovla görüşündə nikbin olmadığını vurğulaması görünür, Rusiyanın irəli sürdüyü paket həllidi və bu format Azərbaycanın maraqlarına cavab vermir.
Miq.Az