Putin Rusiyanın taxıl sazişində iştirakını dayandırmasından danışdı

Putin Rusiyanın taxıl sazişində iştirakını dayandırmasından danışdı

"Rusiya Federasiyası ən kasıb ölkələrin maraqlarına uyğun olaraq taxıl müqaviləsinə razılaşdı, lakin bu müqavilə çərçivəsində tədarük olunan taxılın yalnız 3-4%-i ora daxil olur”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, taxılın ixrac olunduğu humanitar dəhliz üçün təhlükə olduğuna görə Moskva sazişdə iştirakını dayandırmaq qərarına gəlib.

"Xüsusilə, Ukrayna hərbçiləri Sevastopolda gəmilərə və mülki gəmilərə hücum etmək üçün bu dəhlizdən qismən istifadə ediblər. Ukrayna indi humanitar dəhlizdə gəmilərə təhlükə olmamasını təmin etməlidir”, – Putin qeyd edib.

Qeyd edək ki, iyul ayında Türkiyə və BMT tərəfindən Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda taxıl müqavilələri bağlanıb. Oktyabrın 29-da Rusiya Qara dənizdə Ukrayna taxılını daşıyan gəmilərin təhlükəsiz keçməsinə zəmanət verən sazişdə iştirakını dayandırıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az