Putin və Obama arasında telefon danışığı olub

Putin və Obama arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Baraka Obama arasında telefon danışığı olub.
 
APA-nın xəbərinə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
 
"ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında prezidentlər Suriyadakı böhranın həlli yollarını, atəşkəsə dair sazişi və müvafiq ərazilərə humanitar yardımın çatdırılması məsələlərini müzakirə ediblər”, məlumatda deyilir.
 
Qeyd edək ki, fevralın 22-də Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az