"Putinin axırına naxçıvanlılar çıxacaq" - Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa Vladimir Putinin 95 il əvvəl Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan "1921 dostluq və əməkdaşlıq" - "Moskva müqaviləsi"nin davamı olan Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı planlarını yarızarafatla şərh edib.
 Bu barədə Fazil Mustafa feysbuk sosial şəbəkəsində yazıb. Həmin yazını tqədim edirik:

"Rusiya prezidenti Vladimir Putin Krımı işğal edərək ABŞ və Avropaya ilişdi. ABŞ və Avropa isə bunun qarşılığında Putini ən sərt sanksiyalarla da durdura bilmədi. Ardınca Putin Suriyaya müdaxilə edərək Türkiyəyə ilişdi. Türkiyə də bunun qarşılığında Rusiyanın təyyarəsini vursa da, yenə də onun Suriyadakı vəhşətini durdura bilmədi. İndi də Putin Qars müqaviləsini ləğv etmək variantını düzüb-qoşaraq Naxçıvana ilişmək istəyir. Deyəsən pis yerə ilişib, bu Putinin axırına ABŞ çıxa bilmədi, Türkiyə çıxa bilmədi, deyəsən sonda bu naxçıvanlılar çıxacaq".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az