Putinin dostu İrəvanda Paşinyana qarşı kütləvi küçə mübarizəsinə hazırlaşır...
"Mən başa düşürəm ki, bizdən daha radikal hərəkətlər gözlənilir. Bəs biz nəyi qeyd edirik? Biz görürük ki, seçkilərdən sonra bu iqtidarın reytinqi sürətlə aşağı düşüb. Lakin bizim hesablamalarımıza görə, bu reytinqin aşağı düşməsi hələ də kütlənin aktiv mübarizəyə hazırlığına çevrilməyib. Əminik ki, bu insanlar öz istəkləri ilə hakimiyyətdən getməyəcəklər və kütləvi etirazlar, kütləvi küçə mübarizəsi lazımdır ki, hakimiyyətdən getsinlər”.
Moderator.az xəbər verir ki, bunu dekabrın 27-də İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanın terrorçu eks-prezidenti, Xocalı qatili Robert Köçəryan bildirib.
Köçəryan qeyd edib ki, kütləvi etirazlara hazırdırlar:
"Biz bunu edəcəyik, biz buna gedən yoldayıq. Yetişməsi lazım olan bir şey varsa, mən şəxsən hər şeyə hazıram. Uğura aparan addımlar olacaq, əks halda bizi düzgün hesab aparmadığımıza görə ittiham edəcəklər”- deyə "Hayastan" blokunun lideri vurğulayıb.
Sultan Laçın