“Rusiya prezidenti Putinin Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafi ilə bağlı müqavilənin bağlanması üçün danışıqlar aparılması barədə qərarını birmənalı şərh etmək mümkün deyil”.
Veteninfo.az-ın Bizimxeber.az-a istinadən verdiyi məlumata görə, bunu Rusiya mətbuatına açıqlamasında hərbi ekspert David Arutunov bildirib. Ekspertin sözlərinə görə, hazırda iki ölkə arasında mövcud olan razılaşmalar bu sahəni inkişaf etdirməyə kifayət qədər əsas verdiyindən göstərişdə söhbətin məhz nədən getməsi barədə birmənalı fikir yürütmək çətindir: “Putinin hərbi-texniki əməkdaşlığın inkişafı ilə bağlı göstərişi belə düşünməyə əsas verir ki, söhbət müxtəlif tipli silahların Ermənistana göndərilməsindən və istehsal sahəsində əməkdaşlıqdan gedə bilər”.
Digər tərəfdən ekspert belə hesab edir ki, yeni qərar özündə geosiyasi məqamları əks etdirir: “Bu geosiyasi məsələ də ola bilər. Birincisi, Rusiya Ermənistanın, eləcə də regionun təhlükəsizliyinə nəzarət edilməsi ilə bağlı təsir rıçaqlarını möhkəmləndirməyə çalışır. Digər tərəfdən Azərbaycanın İsraillə hərbi-texnika sahədə əməkdaşlığı fonunda Moskva regionda balansı qorumağa çalışdığını nümayiş etdirir”.
“Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun sözlərinə görə isə, söhbət ilk növbədə Ermənistana silah verilməsindən gedir: “Ermənistan bizim Zaqafqaziyadakı tərəfdaşımızdır. Bizə hər cəhətdən yaxın olan ölkədir. Erməni hərbi kadrların hazırlanması, ordunun formalaşdırılmasında Rusiya hər cür köməyə hazırdır”.
Veteninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.