Putinin kinayəli Qarabağ açıqlamasına Ərdoğandan CAVAB

Putinin kinayəli Qarabağ açıqlamasına Ərdoğandan CAVAB
Rusiya Prezidenti Vladimir Putin hər dəfə kinayəli şəkildə "Ermənistan Qarabağı Azərbaycan ərazisi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” dedikcə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müttəfiqlik ruhuna uyğuna olaraq, "Qarabağın işğaldan azad edilməsi uğurdur” fikrini təkrarlayır. Türkiyə Cümhurbaşqanı son çıxışında bu mövzuya yeni fikirlərini əlavə etməklə toxunub: "Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvəni artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”.

Miq.az əbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"Ərdoğan haqlıdır. Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə 3 il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü tam bərpaya şərait yaratdı. O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan, "Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” - dedikdə bunu da nəzərdə tutub”, - politoloq vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az