Qafqaz Müsəlmanları İdarəsinin sədri Özbəkistan müftisi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Özbəkistan müftisi ilə görüşüb

Oktyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Özbəkistan müftisi Nuriddin Xoloknazarov arasında görüş keçirilib.
Miq.Az xəbər verir ki, Şeyxülislam Allahşükür Paşazadə dövlətlərarası dostluq əlaqələrindən danışıb. Bildirib ki, Özbəkistan Vətən müharibəsi zamanı Azərbaycana mənəvi dəstəyini əsirgəməyib. O deyib ki, Türk Dövlətləri Təşkilatının nəzdində İslam dininin birliyinə, mənəvi irsimizə qayıdış çox vacibdir.
Özbəkistan müftisi Nuriddin Xoloknazarov ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib.
Sonda iki ölkənin dini liderləri qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memarandumu imzalayıblar.
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az