“Qarabağ Azərbaycandır!” – Lavrov bəyan etdi

“Qarabağ Azərbaycandır!” – Lavrov bəyan etdi
"Nikol Paşinyan özü etiraf edib ki, Qarabağ Azərbaycandır və bu mövqe Azərbaycan prezidenti İlham Əliyevlə imzaladığı rəsmi sənəddə qeyd olunub”.

Globalinfo.az xəbər verir ki, bu  sözləri BMT Baş Assambleyasının yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin 1991-ci il sərhədləri çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü tanımaları barədə sənəd imzaladıqdan sonra bu, Qarabağın sadəcə Azərbaycan olduğunu göstərir”, – deyə Lavrov vurğulayıb.

Lavrov bildirib ki, Avropa İttifaqının təşəbbüsü ilə baş tutan bu danışıqlarda milli azlıq kimi Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi qeyd olunmalı idi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az