“Hesab edirəm ki, ötən ildə Azərbaycan hökumətinin fəaliyyəti qənaətbəxş olub. Bununla sosial sahənin inkişafına da şərait yaradılıb”.
Vətəninfo.az saytının məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O, baş nazir Artur Rasizadənin Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən qeyd edib ki, ölkəmiz bir çox uğurlara imza atıb. Onun sözlərinə görə, baş nazirin hesabatı hərtərəfli hazırlanıb və sosial məsələlər bu məruzədə ətraflı şəkildə təhlil olunub.
Musa Quliyev bununla yanaşı, Azərbaycanda olan problemlərə də toxunub: “Əsas problemlərdən biri də Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır. Pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yarandı. Hansı Qarabağ əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanlar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Təklif edirəm ki, stajı az olan Qarabağ əlillərinə də verilən müavinət minimum pensiya həddinə çatdırılsın”.
O, ölkədə sosial evlərin tikilməsinin vacibliyini də vurğulayıb. Musa Quliyev orta tibb təhsilində olan problemlər barədə də danışıb: “Orta tibb təhsilli kadrların yetişdirilməsi qənaətbəxş deyil. Dünyanın heç bir yerində orta tibb təhsili ilə bağlı belə bir sistem yoxdur. Xarici ölkələrdə onların bilik və bacarıqları təkmilləşdirilir”.
Vətəninfo.az
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE