“Qarabağ münaqişəsində status-kvo müharibə təhlükəsi yaradır” - Uorlik

“Qarabağ münaqişəsində status-kvo müharibə təhlükəsi yaradır” - Uorlik
Dağlıq Qarabağ münaqişəsində status-kvo stabil deyil və müharibə təhlükəsi yaradır.

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun sabiq həmsədri Ceyms Uorlik "Amerikanın səsi"nə müsahibəsində deyib.

C.Uorlik qeyd edib: "Status-kvo sabit deyil, müharibə təhlükəsi yaradır, sülh isə regionda hər şeyi dəyişəcək".

Onun sözlərinə görə, regionun əhalisi sülhə layiqdir:

"Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsi zəruridir, eyni zamanda, Azərbaycan ərazilərinin qaytarılması barədə danışmaq lazımdır".

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az