Qarabağ qazisi dünyasını dəyişdi-Göyçayda
Qarabağ qazisi Əliyev Əli Məhəmməd oğlu vəfat edib. Bu barədə QAZİLER.AZ saytına mərhumun silahdaşı, Qarabağ qazisi Ədalət Məhərrəmov məlumat verib.
Onun bildirdiyinə görə, Ə.Əliyev 1992-ci ilin fevral ayından Ağdamda 859 saylı (Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonu) hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşüb. Döyüşlərdə iki dəfə yaralanıb.
"Əli Ağdama gələn 25 göyçaylı könüllülərdən bir idi. Çox yaxşı döyüşçü idi, torpaqlarımızın müdafiəsində zəhməti, xidməti böyükdür. Neçə ildir onun beyninə qan sızmışdı, insult olmuşdu. Elə bu səbəbdən də dünyasını dəyişdi. Allah rəhmət eləsin!”
Etimad Əsədov başda olmaqla "Qarabağ qaziləri” birliyinin və qaziler.az saytının rəhbərliyi Əli Əliyevin vəfatından kədərləndiyini bildirir. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir!
Allah rəhmət eləsin!
Miq.Az