Qarabağ savaşında Türkiyə günahlandırıldı

Qarabağ savaşında Türkiyə günahlandırıldı
Ankara konflikt tərəflərini sakitləşdirmək əvəzinə ona öz qiymətini verib.
 
Axar.az xəbər verir ki, bunu "Veçere v subbotu” proqramına müsahibəsində Rusiya Baş naziri Dmitri Medvedev söyləyib. O, jurnalistin sualına cavab olaraq, Qarabağ konfliktinin qızışmasında Türkiyə faktorunu istisna etməyib:
 
"Bir sıra güclər var ki, onlar Qarabağ konfliktinin nəticələrini, onun Yaxın Şərqə və Rusiyaya təsirini diqqətlə izləyirlər. Mən istisna etmirəm ki, konfliktə xaricdən təsir edən faktorlar var. Siz Türkiyə faktorunu dediniz. Yəqin ki, bu var. Ona görə ki, Türkiyə artıq öz mövqeyini ortaya qoyub”.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az