Qarabağda döyüşlər: bir erməni əsgəri öldürüldü, doqquzu yaralandı

Qarabağda döyüşlər: bir erməni əsgəri öldürüldü, doqquzu yaralandı

İşğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər gedir.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Onu da qeyd edək ki, erməni KİV-i Qarabağdakı bu hərbi qarşıdurma barədə hələ heç bir məlumat yaymayıb.
 
"AzPolitika” isə xəbər verir ki, Ermənistanın tert.am saytı cəbhə bölgəsində yaralıların olduğunu təsdiqləyib. Bu barədə sayta hərbi hospitalın direktoru Aram Asaturyan məlumat verib. O bildirib ki, 24 yaşlı Kadjik Badalyan və 19 yaşlı Karapet Mikaelyanın vəziyyətləri ağırdır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı hələ ki, məlumat yaymayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az