Qarabağda erməni əsgərlər bir-birlərini GÜLLƏLƏYİB

Qarabağda erməni əsgərlər bir-birlərini GÜLLƏLƏYİB

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında daha bir hərbçisini itirib.

Ermənistanın news.am saytına istinadən verilən xəbərə görə, hadisə dekabrın 8-də gecə saat 02:45 radələrində baş verib.
Məlumata görə, 1996-cı il təvəllüdlü Albert Postolokyan odlu silahdan açılan atəşlə öldürülüb. Hadisənin necə baş verdiyi barədə məlumat verilmir.

Qarabağda nə baş verir? - Erməni əsgərlər niyə güllələnir?


Miq.az xatırladır ki, hələ bir neçə gün bundan əvvəl də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində bir neçə erməni əsgər yaralanmışdı. Onların işğalçı ordunun nəzarəti altındakı Xocavənd rayonunda güllə yarası aldıqları bildirilir. Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalının direktoru Aram Asaturyan bildirib ki, yaralanmış əsgərlərdən ikisinin vəziyyəti ağırdır, onların həyati təhlükəsi var.

Məlumata görə, ağır yaralanmış hərbçilər 24 yaşlı Xadjik Badalyan və 19 yaşlı Karapet Mikaelyandır. Onlardan biri qarın nahiyəsisindən və sağ budundan qəlpə yaraları alıb. Digərinin başından yaralandığı söylənilir. Erməni hərbçilərin hansı şəraitdə yaralandığı barədə hələ ki rəsmi məlumat açıqlanmasa da, sosial şəbəkələrdə hadisənin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində baş verdiyi bildirilir.

Hər iki hərbçinin Xankəndindəki hospitaldan Yerevandakı hərbi xəstəxanaya aparıldığı qeyd olunur. Daha bir erməni əsgərin isə Xankəndi hospitalında olduğu bildirilir. Ermənistan tərəfi hələ ki yaralı sayının neçə nəfər olduğunu rəsmən açıqlamayıb.

Ermənistanın bəzi informasiya saytları isə ölkə rəhbərliyinə daxil olan bir sıra rəsmilərin Qarabağdakı situasiya ilə bağlı təşvişə düşdükləri barədə xəbərlər yayıblar. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün Facebook səhifəsində Azərbaycanla təmas xəttində atışmanın ara-sıra davam etdiyini bildirsə də, situasiyanın təhlükəli olmadığını vurğulayıb. "Hazırda əməliyyat və taktiki vəziyyət sabitdir”, -deyə o bildirib. Artsrun Ovannisyan qeyd edib ki, Qarabağdakı işğalçı ordu vəziyyəti nəzarət altında saxlayır. O, medianı dezinformasiya və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırıb.

Əslində erməni rəsmilərinin gizlətdiyi bir həqiqət var. Uzun zamandır ki, Qarabağda xidmət edən əsgərlər arasında qarabağlı-yerevanlı problemi var. Məhz bu qarşıdurmanın nəticəsidir ki, erməni əsgərləri silaha əl atıb bir-birlərini güllələyirlər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az