Georgi Vanyan
Deputat bildirib ki, madam separatçılarla, terrorçularla mübarizə aparırıq, onları cəzalandırırq, o halda sülhsevər, işğala qarşı çıxan, separatizmi lənətləyən bir və ya bir neçə erməni obrazını rəsmi səviyyədə diqqət mərkəzinə çəkmək diplomatiyamız üçün faydalı material olardı:
"Xatırlayırsınızsa, Ermənistanda bir ictimai xadim vardı: Georgi Vanyan (1963-2021). Onu xeyli əziyyətlər verərək COVİD-19 pandemiyası dövründə Tiflisdə müalicə aldığı xəstəxanada müəmmalı şəkildə öldürdülər. Hökumət və cəmiyyət səviyyəsində çox əziyyətlər verdilər. Səbəb bu idi ki, adam Ermənistanı işğalçı dövlət, Qarabağdakı addımları da separatçılıq kimi qiymətləndirir və oradakı terrorçu xuntaya qarşı açıq bəyanatlar verirdi. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, iki xalq arasında müharibənin öz millətindən olan səbəbkarlarını ittiham edirdi. Əslində ermənilərin içində bəlkə də ən uzaqgörən adam sayıla bilərdi. Erməni mühitində bu cür cəsur fikirləri açıq şəkildə duyurmaq böyük bir cəsarət tələb edən bir xarakterdən xəbər verir. İndi biz Georgi Vanyan adını ermənilərin içində sülh tərəfdarı bir obraz kimi təbliğ etsək, qalib dövlət və millət kimi beynəlxalq arenada yaxşı bir imic əldə etməklə yanaşı, digər ermənilərin də barışcıl məcraya yönəlməsinə az da olsa təsir göstərə bilərik. Yəni "erməninin terrorçusunu lənətləyir, sülhsevərini alqışlayırıq” formasında bir imic yaratmaqdan söhbət gedir”.
Fazil Mustafa daha sonra olduqca maraqlı təklif verib:
"Fikrimcə, azad olunmuş ərazilərdə ermənilərin yaşamağa davam edəcəyi hansısa küçəyə Georgi Vanyanın (sülhpərvər aktivist – red.) adını da vermək mümkündür. Təbii ki, ağıllı həmvətənlərimiz nə demək istədiyimizi anlayacaqlar. Şəbəkə vətənşüvənlərinin isə bu mövzuda da axmaqlığa davam etmə haqqı əzəldən bəri mövcuddur. Baxın, bir Taras Şevçenko adı olsun, bir Puşkin adı olsun -bir neçə başqa millətlərin dəyərlərini ehtiva edən adların qabardılması bizdən elə də bir şey aparmaz, lakin siyasət olaraq faydamıza istifadə edilə biləcək məqamlar ortaya qoyar”.