“Qarabağda müharibə yenidən alovlana bilər”- Lavrov Bakıya niyə gəlir?

“Qarabağda müharibə yenidən alovlana bilər”- Lavrov Bakıya niyə gəlir?

Sabah Rusiya Xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək. Bu səfər ərəfəsində o, Bakıda Azərbaycan və İranın Xarici işlər nazirləri ilə görüşəcək. 

İndiki məqamda Sergey Lavrovun Bakı səfəri hansı anlam daşıyır? 

Miq.az xəbər verir ki, politoloq Hikmət Hacızadə AzNews.az-a açıqlamasında Rusiya Xarici işlər naziri Sergey Lavrovun Bak səfərinin gözləntiləni sadəcə bir görüntü hesab etdiyini deyib: "Guya bunlar sülh yaradır. Əslində isə bu 4 günlük müharibə və onun ssenarisi əvvəldən Kremilə bəlliydi”. 

Politoloq Elxan Şahinoğlunun isə hesab edir ki, vasitəçi qismində kimin gəlməyindən aşlı olmayaraq, Azərbaycanın vövqeyi dəyişməyəcək - Ermənistan qeyri-şərtsiz Azərbaycanın işğal etmiş 5 rayonunu azad etməlidir: "Bu olmadan bölgədə nə atəşkəsə riayət olunacaq, nə də müharibənin başlamaması riskinə Azərbaycan təminat verə bilər. Bir mövzu var. Düşünürəm ki, artıq beynəlxalq aləm, Rusiya, həmsədrlər də gördü ki, bu addım atılmadan vəziyyət dəyişməyəcək. Yəni, müharibə yenidən başlaya bilər. Buna görə onların əlinə yaxşı bir fürsət düşüb ki, Ermənistana təzyiq etsinlər. Belə toqquşmalar olmadan onlar Ermənistana təzyiq etmirlər. Amma gördülər ki, Azərbaycan ordusu uğurlu əməliyyat həyata keçirir, hər iki tərəfdən itkilər var, bu regional müharibəyə çevrilə bilər. Əgər Rusiya tərəfi məsələyə məntiqlə yanaşmaq istəyirsə, Ermənistana təsir edib 5 rayonun azad edilməsini sürətləndirməlidir. Bu elə Rusiyanın özünün də xeyrinə olar. Çünki bu Rusiyanın vasitəçilik statusunu artırır. Hamı görər ki, Rusiya öz əlindəki alətləri hərəkətə gətirə bilir”. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az