“Qarabağda müharibə zamanı...” – Serj Sərkisyandan təxribatçı açıqlama

“Qarabağda müharibə zamanı...” – Serj Sərkisyandan təxribatçı açıqlama

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan növbəti dəfə təxribatçı açıqlama ilə çıxış edib.

Miq.Az xəbər verir ki, o, bu barədə "Armnews” telekanalına müsahibəsində danışıb.

Sərkisyan hesab edir ki, Ermənistan hakimiyyəti müharibə zamanı "Qarabağın müstəqilliyi”ni tanımalı idi.

Onun sözlərinə görə, hakimiyyət Qarabağın müstəqilliyini elan etmək üçün vaxtı və diplomatik fürsəti əldən verib: "Müharibə zamanı İrəvanın bunu elan etmək üçün mənəvi haqqı var idi".

Serj Sərkisyan baş verən hadisələr zəncirinin təcrübəsizlik, xəyanət və sui-qəsdin nəticəsi olduğuna inanır: "Baş verənləri bağlı obyektiv istintaqla aydınlaşdırmaq mövcud hakimiyyətin dövründə mümkün deyil”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az