Qarabağda partlayış, erməni hərbçilər öldülər
Hadisə hərbi hissənin ərazisində olub
Erməni silahlı qüvvələrinin işğalı altında olan Qarabağda 3 erməni hərbçisi ölüb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Dağlıq Qarabağda mina partlayıb. Nəticədə 3 hərbçi ölüb, 1 nəfər yaralanıb.
Hadisə ötən gün axşam saat 18 radələrində olub.
Erməni mətbuatının yaydığı məlumata görə, hadisə şimal-şərq istiqamətindəki hərbi hissələrindən birində qeydə alınıb. Nəticədə Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il) və Sarkis Məlikyan (1997-ci il) ölüb.
Harek Oveyan (1997-ci il) yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Miq.az