Qarabağdakı ermənilər pasportsuz qaldı – ASAN Xidmət yola düşə bilər…

Qarabağdakı ermənilər pasportsuz qaldı – ASAN Xidmət yola düşə bilər…
Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki ermənilərə verilmiş Ermənistan Respublikası vətəndaşlıq pasportunun müddəti başa çatdığı üçün hazırda bank əməliyyatlarının həyata keçirilməsi mümkün deyil.

Globalinfo.az xəbər verir ki, bunu separatçı rejimin "ardarutyun” "partiyasının sədri” Arşak Abramyan deyib.

A.Abramyan bu səbəbdən bank kartlarının etibarlılıq müddətinin bitdiyini, pensiyaların verilişi və digər bank əməliyyatlarının həyata keçirilməsində problem yarandığını bildirib.

O bunda Ermənistan hakimiyyətini günahlandırıb, İrəvanın Xankəndidə yaşayan ermənilərlə maraqlanmadığını vurğulayıb.

Qeyd edək ki, rəsmi Bakı Qarabağdakı ermənilərə Azərbaycan pasportu verməyə hazır olduğunu, bu zəruri prosesin mümkün qədər tez həyata keçirilməsi gərəkdiyini daha əvvəl bəyan edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az