“Qarabağdakı ermənilərə Rusiya pasportu nə vaxt veriləcək? - Bunu yalnız Putin bilir...”

“Qarabağdakı ermənilərə Rusiya pasportu nə vaxt veriləcək? - Bunu  yalnız Putin bilir...”

"Bir-iki aydır belə bir söz-söhbət var...”
 
"Şayiələrə görə, tezliklə Qarabağdakı ermənilərə Rusiya pasportları veriləcək...” 
 
Moderator.az xəbər verir ki, bu cümlə sosial şəbəkələrin erməni seqmentində dünən Xankəndində separatçı rəhbər Araik Arutyunyanın istefası tələbi ilə keçirilmiş mitinq barədə paylaşılmış məlumatdandır.
 
"Bir-iki aydır belə bir söz-söhbət var.  Ancaq Rusiya pasportlarını nə vaxt verəcəklər və ümumiyyətlə,  veriləcəkmi? Bunu  yalnız Putin bilir” – məlumatın ardında belə deyilir.
 
Xatırladaq ki, Azərbaycanın işğal altındakı ərazilərindəki ermənilərə Rusiya pasportları verilməsi haqda söz-söhbətlər hələ işğal dövründə yayılmağa başlayıb. 44 günlük savaşda Azərbaycanın qələbəsindən sonra isə bu barədə şayiələr gündəm olmağa başladı. Lakin əvvəla, Rusiyanın öz siyasi, iqtisadi durumunun mürəkkəb olması, ikincisi isə belə bir vəziyyətdə Azərbaycan və Türkiyə ilə münasibətləri korlamaq istəməməsi səbəbindən Kremlin belə bir addım atacağı ağlabatan  deyil. Üçüncüsü  də, Cənubi Osetiya və Abxaziya təcrübəsi göstərir ki, Rusiya pasportları almış digər respublika sakinlərinin çoxu elə Rusiyanın özündə yaşamağa üstünlük verib. Bununla belə, hazırda Qarabağdakı ermənilər arasında Rusiyaya işləməyə gedib-gələnlər arasında həmin ölkənin pasportlarına sahib olan xeyli şəxs də var...
 
Sultan Laçın    


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az