Qarabağdakı son savaşlarda Azərbaycan - Gücünün yalnız bir hissəsini göstərdi

 Qarabağdakı son savaşlarda Azərbaycan - Gücünün yalnız bir hissəsini göstərdi
Bakı İrəvana gücünü tam göstərməyib – İsrail eksperti
 
 

 "Qarabağ savaşı yeni dünya müharibəsinin başlanmasından öncə qlobal miqyaslı nəticələrə səbəb ola bilər"
 
Miq.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında İsrail politoloqu Avraam Şmuleviç söyləyib. Onun sözlərinə görə, Azərbaycan hər bir şeyi ilə Ermənistanı üstələyir:
 
"Qarabağdakı son hadisələr təkcə Cənubi Qafqaz çərçivəsində vacib deyil. Bu proses yeni dünya müharibəsinin başlanmasından öncə qlobal miqyaslı nəticələrə səbəb ola bilər. Ermənistanın məqsədi status-kvonu qorumaqdır. Onlar Azərbaycanın 20% ərazisini tutaraq, oradan azərbaycanlıları qovublar və faktiki olaraq bu torpaqları Ermənistana birləşdiriblər. Aydındır ki, yeni qənimətlər onlara lazım deyil. Situasiya Azərbaycanın da birbaşa əleyhinədir. Bakıda başa düşürlər ki, zaman onların əleyhinə işləyir. Qarabağ konfliktinin başlanmasından artıq 20 ildən çox vaxt keçib. Azərbaycan görür ki, beynəlxalq aləmdə Ermənistanı sözdə tənbeh edərək, bu torpaqların azərbaycanlılara aid olduğunu tanıyırlar, amma ərazilərin qaytarılması üçün əməldə heç bir şey edilmir. Krımın Rusiya tərəfindən işğal edildiyi zaman dünyanın necə reaksiya verdiyinə və Qarabağın Ermənistan tərəfindən işğal edilən zaman hansı münasibət göstərdiyinə diqqət edin. Tam fərqli yanaşma idi. Ona görə də Azərbaycan tərəfi çalışır ki, dünya ictimaiyyətinin Ermənistana təzyiq etməsinə şərait yaratsın. Biz bilirik ki, son döyüş yalnız nümayiş xarakteri daşıyır. Azərbaycan burada nə yeni silahlarını, nə aviasiyasını tam göstərdi. Bilinən odur ki, Bakı bu sahədə Ermənistanı çox üstələyir”. 

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az